İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 Dünya Çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, 2-8 sentyabrda baş tutacaq turnirdə 700-ə yaxın idmançı iştirak edəcək.
İlk olaraq, böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə yunan-Roma güləşçilərimiz yarışa çıxacaq. Daha sonra qadın güləşçilərimiz Rövşən Umudovun rəhbərliyi altında mübarizə aparacaqlar. Sonda isə sərbəst güləşçilərimiz xalça üzərində güclərini sınayacaqlar.
Turnirdə ədaləti Azərbaycanlı hakimlər Elman İsmayılov və Bəşir İsazadə qoruyacaq.