İyulun 28-dən 30-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində Elit kateqoriyalı hakim və köməkçi hakimlərin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, toplanış ərzində Hakimlər Komitəsinin yeni sədri Frank De Bleeckere hakimlərlə tanış olub, müxtəlif mövzularda seminarlar keçib və onların fiziki durumlarını yoxlayıb.
Seminarda VAR üzrə belçikalı mütəxəssis Christof Dierick də iştirak edib.