"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan əvvəl jurnalistlər üçün brifinq keçirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis hazırlığı dəyərləndirib:

"Hazırlığımız pis keçmədi. Bildiyiniz kimi, toplanışı iki hissəyə bölmüşdük. Birincisi hissə Bakıda oldu, ikinci isə Avstriyada. Yaxşı oyunlarla toplanışı başa vurduq. Futbolçulardan razı qaldım. Bəlkə bir oyun da əlavə olsaydı, daha yaxşı olardı. Bir neçə matçdan sonra komanda optimal formasına qayıda bilər".

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.