Martın 7-də saat 21:45-də "Qarabağ" Avropa Liqasının 1/8 finalı üzrə "Bayer 04" komandası ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov meydana hansı heyəti buraxacağından danışıb. O, "Neftçi" ilə oyundan sonra baş tutan mətbuat konfransında səslənən "Bu gün meydanda olan heyət "Bayer"ə qarşı oynayacaq heyətdir?", sualına belə cavab verib:

"Çox ciddi dəyişiklik gözlənmir. Qarşıda üç gün var. Rəqibin oyununa baxaraq, analiz edərək, bəlkə 1-2 dəyişiklik etdik. Amma ciddi dəyişiklik görünmür", Q.Qurbanov bildirib. 

Qeyd edək ki, bugünkü heyətin tərkibi aşağıdakı kimi idi: 

99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade