“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq.

Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artırıla bilər.

23 yaşlı yarımmüdafiəçinin sonuncu klubu I Liqa təmsilçisi "İrəvan" olub.