"Kəpəz" klubunun baş məşqçisi Adil Şükürov Premyer Liqanın 14-cü turunun "Səbail"lə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, komandasının performansını dəyərləndirib:

"Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm ki, bu gün bizi təlk qoymadılar, dəstək verdilər. Futbolçular da əllərindən gələni etdilər. Komandada yeni olsaq da, tam üslubumuzu tətbiq etmək üçün müəyyən vaxt lazımdır. Milli komandalara görə çempionata verilən fasilə zamanı çalışdıq ki, nələrəsə nail olaq. Qismən də istədiklərimizə nail ola bildik. Bundan sonrakı matçlara baxacağıq. Daha çətin oyunlarımız gəlir, sıx qrafikimiz olacaq. Futbolçularla bu barədə danışmışıq. Komandamız daha yaxşı performans göstərərək, uğurlu nəticələr qazana bilər".