Milli komandanın oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahət edən “Araz-Naxçıvan” klubu məşqləri davam etdirir.

Offsideplus.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydanında gündə bir dəfə olmaqla hazırlıq keçir.

İsmail Azzaui fərdi məşq edir. Buna səbəb yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir. Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.