"Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda böyük qüvvə ilə irəli atıldılar. Hesabın həyəcanı futbolçuların çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 13-cü turunun "Qəbələ"(1:0) ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

Mətbuat konfransının videosunu təqdim edirik: