“Futbolçuların çıxışından razı qaldım. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Güclü rəqibə qarşı oynadıq”.

Offsideplus.az xəbər verir ki, saytının məlumatına görə, bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turunda “Səbail”lə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.

O, matça yaxşı başladıqlarını bildirib: “Erkən qoldan sonra şanslarımız olsa da, onlardan faydalana bilmədik. Ardınca 3 dəqiqəyə qapımızda 2 qol gördük. Bu, bizim üçün sarsıntı idi. Amma komanda özünü itirmədi. Üstünlük bizim tərəfimizdə idi. Cavab qolunu vursaq da, qələbə qazana bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm”.

Mətbuat konfransının videosunu sizə təqdim edirik: