Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” klubunun rəsmi müraciəti, “Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan PFL “Kəpəz”in Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib.

Tərəflərin razılığı ilə “Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək. “Kəpəz” klubunun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli Premyer Liqası
10-cu tur
21 oktyabr

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 15:00, CBC Sport /canlı

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:00