“Bilirdik ki, bizim ağır oyun gözləyir. “Səbail” yaxşı təşkilatlanmış komandadır”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda “Səbail”lə oyundan sonra deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “Oyun ərzində üstünlüyə sahib idik. Xeyli qol epizodlarımız oldu. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir”.

Baxşıyev komandasının qələbəyə layiq olduğunu vurğulayıb: “Bu gün uduzmamalı idik. Futbolun yazılmamış qanunu var. Bu qədər şansı qaçırırsan, qol buraxmalısan. Oyunun keyfiyyətinə görə böyükhesablı qələbə gözləmək olardı. Hücum edən tərəf biz olsaq da, təəssüf ki, alınmadı”.