Misli Premyer Liqasının 6-cı turunun "Səbail" - "Kəpəz"(0:3) matçından sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının səfərdəki inamlı qələbəsi barədə bunları deyib:

"Hesab bizi aldatmasın. Çətin oyun oldu. Meydançanın ideal olmaması topa nəzarətdə problem yaradırdı. Əlimizdə düşən fürsətlərdən istifadə etdik. Bir neçə qol epizodumuz da var idi. Amma inanın, ən çətin oyunlarımızdan birini keçirdik. İlk hissədə mənim istədiyim futbolu oynaya bilmədik. Artıq komandanın oyunun var, həm də nəticəyə oynaya bilirik. "Kəpəz"ə qol epizodu vermədik. Müdafiədə etibarlı oynadıq, hücumda kreativ oynamağa çalışdıq. Qələbəyə layiq idik. Matçdan əvvəlki analizlərimizdə bizi çətin oyunun gözlədiyini düşünürdük. "Kəpəz"in cinahlarını bağladıq, Abdullah Şuaybunun sürətini "söndürə" bildik".