21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri məlum olub.

Offsideplus.az xəbər verir ki, bu qarşılaşmanı türkiyəli hakimlər idarə edəcəklər.

Qarşılaşma sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.

Baş hakim: Erkan Özdemir
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük (Hakimlər briqadası Türkiyədəndir).