Peşəkar Futbol Liqası (PFL) və “Misli” “ayın qolu” layihəsinə start verir.

Offsideplus.az xəbər verir ki, avqust ayından etibarən Misli Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.

Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.