"Rəqibi təbrik edirəm. Biz də pis oynamadıq, matçdan sonra futbolçularımı təbrik etdim. Komandamız artıq komplektləşir. Həftə keçdikcə daha yaxşı olacağıq. 3-4 turdan sonra fiziki baxımından tam formaya düşəcəyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 5-ci turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Bu gün elə də pis oynamadıq. İlk hissə hər iki qapıda epizodlar çox oldu. Biz tam köklənmişdik. İkinci hissə daha yaxşı oynadıq. Ümid edirəm ki, daha yaxşı olacaq. Transferlərin gec gəlməsinin təsiri var. Sağolsunlar futbolçular tapşırığımı edirlər. Azarkeşlərə də təşəkkür edirəm ki, sonacan qaldılar” - deyə o bildirib.

Mütəxəssis futbolçularının yaxşı oynadığını söyləyib: "Oyundan qopmadıq. Məşqlərdə hazırlaşdığımız şeyləri də etməyə çalışdılar. Heç-heçə olsaydı, daha yaxşı motivasiya ilə gedərdik. Bəlkə də, ədalətli nəticə bu olardı".

S.Abasoc komandasının bu mövsüm hər oyunda qol buraxması haqda deyib: "Ötən il problemlər yaşayırdıq. 7 oyuna bir qol vurmuşduq. İndi bunu düzəltmişik. Müdafiədə çox diqqətli oynayırıq. Qapımıza yaxınlaşmağa imkan vermədik. Futbolda belə şeylər olur. Müdafiədən narazı deyiləm. Tez-tez dəyişiklər edirik. Düşünürəm ki, bütün komanda olaraq yaxşıyıq".

O, vinger transferi gözlədiklərini vurğlayıb: "Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra tam komplektləşmiş saymaq olar.