"Səbail"dən ayrılan Qoba Zakpanın yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu Şimali Makedoniyanın "Qostivar"ına transfer olunub. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Zakpa 2022-ci ilin iyunundan 2023-cü ilin iyuluna qədər "Səbail"də oynayıb.
Qeyd edək ki, "Qostivar" Şimali Makedoniya çempionatında 5 turdan sonra 3 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.