“Araz-Naxçıvan” klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 3-cü turunun “Qarabağ”la oyunundan sonra (1:2) mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, qarşılaşmanın çətin olduğunu deyib:

“Çətin qarşılaşma oldu. Rəqib nə qədər yorğun görsənsə də, görüşün çətin olacağını bilirdik. Onları təbrik edirik. Futbolçularım yaxşı oynadılar. Uyğunlaşma problemi mövcuddur.

Futbolda bəxt, güc, motivasiya tam olmalıdır. Hakimin fitindən sonra belə oyun bitmir. Mənə görə oyunçularım, həqiqətən, yaxşı mübarizə apardılar. Qurban müəllim həmişə fasilədən sonra heyəti gücləndirir. Biz də istədik ki, komandamız güclü mübarizə aparsın.

Oyunda hakimlik bir şey olmadı. Futbol məhz belə epizodlarla gözəldir. Onların üstünə çox getmək lazım deyil. “Qarabağ”da olan yerli futbolçular illərdir ki, komandada oynayırlar. Biz isə üç turdur ki, birgə oynayırıq. Yoldaşlıq oyunlarında belə hazırkı heyətimiz mövcud deyildi. Məncə, çətin vəziyyətin öhdəsindən birlikdə gəlməliyik”.