Misli Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş 2 oyununun başlanma vaxtları dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, təşkilati işlərlə əlaqədar "Araz Naxçıvan" - "Qəbələ" oyunu 21:00-da deyil, 18:30, "Zirə" - "Kəpəz" görüşü isə 18:30-da yox, 21:00-da başlanacaq.