"Qarabağ" klubu yeni transferini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "köhlən atlar" Patrik Andradeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 30 yaşlı yarımmüdafiəçi son olaraq Serbiyanın "Partizan" komandasında çıxış edib.

Qeyd edək ki, Patrik 2020-2022-ci illərdə Ağdam təmsilçisində çıxış edib.