Yeni mövsümdən start götürəcək İkinci Divizionda mübarizə aparacaq komandaların legionerlərin xidmətindən istifadə edə bilməyəcəyi barədə bir neçə gün əvvəl ətraflı məlumat vermişdik.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu turnirdə çıxış edəcək klubları narazı salan daha bir məqam var. Ki, bu da İkinci Divizionda oyunların keçirilmə günləri və başlama saatlarıdır.

Belə ki, sözügedən turnirdə oyunlar həftənin birinci və ikinci günləri keçiriləcək. Görüşlərin start fiti isə günorta saatlarında veriləcək.

Həftəiçi olduğundan, həm də matçların günorta saatlarında başlaması bölgə klublarının oyunlarında tamaşaçı sayının az olacağı deməkdir. Bu səbəbdən də bir neçə İkinci Divizion klubu məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməyi planlaşdırır.

Offsideplus.az