"Zirə" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.

 Qəsəbə təmsilçisi hazırda bir neçə yerli futbolçunu sıralarına qatmaq niyyətindədir. Onlardan biri də elitanı tərk edərək, Birinci Diviziona yuvarlanan "Şamaxı"nın yarımmüdafiəçisi Bahadur Həziyevdir.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu 24 yaşlı futbolçu üçün "Zirə"nin qarşısına iki şərt qoyub. 

Belə ki, "qartallar" ya Həziyev üçün "Şamaxı"ya 80 min manat ödəməlidir, ya da "şirlər" Premyer Liqaya geri dönsə, futbolçunu qaytarmalıdır.

Lakin "Zirə" bununla razılaşmır.

Bildirək ki, Həziyevin Şamaxı təmsilçisi ilə 2025-ci ilin 30 iyununadək müqaviləsi var.

Offsideplus.az