"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov karyerasını "Kəpəz"də davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi 10 il şərəfini qoruduğu klubla vidalaşıb. 

"10 il birlikdə olduğum "Sumqayıt" ailəsindən bugün ayrılıram. Ötən 10 ildə çətin günlərimiz də olub, xoş günlərimiz də. Burada keçirdiyim hər günün yaddaşımda gözəl xatirə kimi qalacağına əminəm. Bu gözəl illər üçün komanda yoldaşlarım, klub rəhbərliyi, inzibati heyət,bütün ofis əməkdaşları və ən əsası azarkeşlərə çox sağolun deyirəm. Ümidvaram ki, haçansa yollarımız bir daha kəsişər!", - V.Hüseynov sosial şəbəkə hesabında yazıb.