"Qəbələ" klubu Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı danışıb:

"Oyundan çox danışmayacağam, komandamı təbrik edirəm. İlk turdan son tura kimi öz iddiamızdan əl çəkmədik. İnanırdıq ki, sona kimi müqavimət göstərəcəyik. Konfrans Liqasına layiqli vəsiqə qazandıq".