16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Rauf Eyubov, Ələsgər Əliyev, İslam Həsənov, İbrahim Xəlilov, Əlibəy Mahmudov, Həzrət Səmədov, Sinan Mehdiyev (hamısı "Sabah"), Elbrus Kərimov ("Şamaxı"), Xəqan Şükürov, Hüseyin Vəlizadə,  Emil Usubov ("Zirə"),  İlkin Həzizadə, Emil Həsənov, Murad Cabbarov ("Sumqayıt"), Tunar Muradov ("Turan Tovuz"), Səttar Tahirzadə,  Elşən Atakişiyev, Əmir Fətiyev, Elvin Vəliyev, Nicat Məhərrəmov (hamısı "Neftçi"), Ariz Kərimov ("Qəbələ"), Toğrul Haqverdiyev (EFA), Nihad İsgəndərov, Murad İbrahimli ("Qarabağ").