"Sumqayıt" Misli Premyer Liqasının 34-cü turu çərçivəsində doğma divarlar arasında "Sabah"la qarşılaşır.

 "Kimyaçılar" bu görüşdə əsas heyətin iki futbolçusunun xidmətindən istifadə edə bilmir. Belə ki, kapitan Vurğun Hüseynovla komandanın yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Masaki Murata meydanda yoxdur.

Offsideplus.az-ın məlumatına görə, buna səbəb hər iki futbolçunun zədəli olmasıdır.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda "bayquşlar" 3:0 hesabıyla öndədir.

Fəqan İbrahimli