"Zirə" klubu Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı fikirlərini bölüşüb:

"Nəticə və oyun bizi sevindirir. Futbolçulardan razı qadım. İlk dəqiqlərdə həyəcan var idi. Dəqiqələr keçdikcə oyun tam nəzarətimizdə oldu. Çox önəmli qələbə qazandıq".