Futbol üzrə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Səbail” - “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Offsideplus.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyunun ağır keçəcəyini təxmin edirdik. Sıx qrafikdəyik və təbii otdan süniyə keçmək ağırdır. Komanda sonadək oyundan qopmadı. Layiqli qələbə qazandıq və finala adladıq. Qarşıdakı çempionat oyununu düşünürük. Qəbələdə də bizi ağır matç gözləyir. Nəticə qazanmaq üçün əzmkarlıq göstərmək lazımdır. Hesab həmin tempi aşağı salmağa təsir etdi. Hiss olunurdu ki, komanda nəticəyə oynayır. Bunda problem görmürəm. Futbolçuları təbrik edir, təşəkkürümü bildirirəm. Xarakterə malikdirlər. “Neftçi” finala vəsiqə qazanıb. Onlar da kuboka iddialıdırlar. Layiqli mübarizə aparacaq və hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.