Misli Premyer Liqasında 25-ci tur davam edir.

 Offsideplus.az xəbər verir ki, bu gün "Səbail" səfərinə yollanan "Sumqayıt" çətin keçən oyundan 3 xalla ayrılmağı bacarıb. "Kimyaçılar"ın qələbə qolu 90+8-ci dəqiqədə Terrens Tisdelin dəqiq penalti zərbəsi ilə gəlib.

Bununla da, xallarının sayını 21-ə yüksəldən qonaqlar turnir cədvəlinin 7-ci pilləsinə yüksəliblər.

Qarşılaşmadan sonra saytımıza açıqlama verən "Gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynov oyunun çətin keçdiyini və bu gün qazanılan 3 xalın onlar üçün 6 xala bərabər olduğunu bildirib: 

"Matçın çətin keçəcəyi öncədən bəlli idi. Çünki "Səbail" evdə hər zaman yaxşı mübarizə aparır. Biz də buna uyğun hazırlaşmışdıq. Şükürlər olsun ki, bu görüşdən 3 xalla ayrıldıq. Deyərdim ki, bu 3 xal bizim üçün 6 xala bərabərdir. "Kəpəz"ə məğlubiyyətdən (1:2) sonra bu qələbəyə çox ehtiyacımız vardı. Rəhbərliyi, məşqçi heyətini, komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm!".

Daşqın Əziz