"Bayer"in rusiyalı qapıçısı Andrey Lunyovun "Qarabağ"a keçidi baş tutmayıb.

Offsideplus.az "Championat" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel açıqlama verib. O, "Qarabağ" və Leverkuzen təmsilçisinin ortaq məxrəcə gələ bilmədiyini bildirib.

Xatırladaq ki, əsas qolkiper Şahruddin Məhəmmədəliyevin qolu sındığı üçün "Qarabağ"  qapıçı axtarışındadır.