Misli Premyer Liqasının XIX turu davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün iki görüş keçirilib. "Turan Tovuz" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. 5 qolun vurulduğu matçda qonaqlar 3:2 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, 5 qolun hamısı başla vurulub.

"Zirə" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

25 yanvar

Misli Premyer Liqası, XIX tur

14:00. "Turan Tovuz" - "Qarabağ" 2:3

Qollar: R.Eva, 23. E.Şahverdiyev, 85. -  Musa Qurbanlı, 10. Ramil Şeydayev, 27. B.Mustafazadə, 88.

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu

16:30. "Zirə” - “Sumqayıt” 3:1 (İkinci hissə)

Qollar: Vüsal İsgəndərli, 4 (0:1), Dmitrios Çantakias, 50 (1:1), Loris Broqno, 73 (2:1), Toni Qomes, 79 (3:1)

Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu