Azərbaycan Premyer Liqasında yanvarın 10-da açılan qış transfer pəncərəsi fevralın 9-ü saat 23:59-a bağlanıb.

Offsideplus.az xəbər verir ki, bəzi klublar heyətinə yeni oyunçu cəlb edib, bəziləri isə bir neçə futbolçu ilə yolları ayırıb.

Fevralın 10-dan başlayaraq yay transfer pəncərəsinin açılacağı günə qədər isə klublar yalnız azad agent statusu olan oyunçuları heyətinə cəlb edə bilərlər.

“Qarabağ”

Gələnlər: Adama Diakabi, Redon Cica, Yassin Benzia
Gedənlər: Kadi Borqes (“Krasnodar”, Rusiya)
Müqaviləsi yenilənənlər: Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Marko Veşoviç, Şahruddin Məhəmmədəliyev

“Sabah”

Gələnlər: Hiqor Qabriel (icarədən qayıdıb)
Gedənlər: Abdulla Rzayev, İdris İnqilablı (“Kəpəz”, icarə), Aleksandr Neçayev
Müqaviləsi yenilənənlər: Amin Seydiyev, Coy-Lens Mikels, Murad Musayev (baş məşqçi)

“Neftçi”

Gələnlər: Höccət Haqverdi, Kilan Lebo, Saldanya
Gedənlər: Mamadu Mbodj, Yusuf Laval (“Arouka”, Portuqaliya)
Müqaviləsi yenilənənlər:

“Zirə”

Gələnlər: Vladislav Kulaç, Donald Gerye
Gedənlər: Təmkin Xəlilzadə, Nemanya Andelkoviç
Müqaviləsi yenilənənlər:

“Qəbələ”

Gələnlər: Əyyub Allaş
Gedənlər:
Müqaviləsi yenilənənlər:

“Turan Tovuz”

Gələnlər: Denis Marandiçi, Belaydi Pusi
Gedənlər: İmedi Aşortiya
Müqaviləsi yenilənənlər:

“Şamaxı”

Gələnlər: Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov
Gedənlər: Abdulla Rzayev, Bəhruz Teymurov, Adil Nağıyev ("Səbail", icarə müddəti başa çatıb), Uğur Cahangirov, Samir Qurbanov, Mirəli Əhmədov ("Səbail")
Müqaviləsi yenilənənlər: Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov, Bahadur Həziyev

“Sumqayıt”

Gələnlər: Terrens Tisdel, Diego Karioka, Masaki Murata
Gedənlər: Damyan Daniçiç, Araz Abdullayev
Müqaviləsi yenilənənlər:

“Kəpəz”

Gələnlər: Abdulla Rzayev, İdris İnqilablı (“Sabah”, icarə), Salif Sisse, Martins Junior
Gedənlər: Peyman Keşavarzi, Əli Səmədov, Zahid Mərdanov,
Müqaviləsi yenilənənlər:

“Səbail”

Gələnlər: Şahin Diniyev (baş məşqçi), David Qomis, Adil Nağıyev ("Şamaxı"dan icarədən qayıdıb), Mirəli Əhmədov ("Şamaxı")
Gedənlər: Mahmud Qurbanov (baş məşqçi), Emin Zamanov
Müqaviləsi yenilənənlər: