"Qarabağ" klubu qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində "Soon" (Tezliklə) yazılıb. 

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir.