“Sabah” klubu tarixində daha 3 rekorda imza atıb.

Offsideplus.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, komanda buna Misli Premyer Liqasının 18-ci turunda “Sumqayıt”a səfərdə 6:0 hesabı ilə qalib gəlməklə nail olub.

“Sabah” mövsümdə 13-cü qələbəsini qazanıb. Bu, klub tarixində ən yüksək göstəricidir. Bakılılar ötən mövsümü 12 qələbə ilə tamamlamışdı.

Paytaxt klubu cari mövsümdə 43 xal toplayıb. “Sabah” indiyədək çempionat ərzində bu qədər xal yığmamışdı. Ötən mövsüm komanda 28 oyunda 41 xal toplayıb.

“Sabah” tarixində ilk dəfə Premyer Liqa matçında 6 qol vurub. Bunadək iki görüşdə 5 dəfə fərqlənən komanda klub tarixinin rekordunu rəsmiləşdirib.