"Qarabağ" klubu gənc futbolçuları Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə müqavilələrini yeniləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən 4 oyunçunun hər biri ilə 3 il yarımlıq sözləşmə imzalanıb.

Qeyd edək ki, Elvin və İsmayıl 2018-ci, Toral və Musa isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinirlər.