Misli Premyer Liqasının14-cü turunda keçirilən “Kəpəz” – “Turan Tovuz” görüşündən sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib...

- Gəncədə oynamaq xoşdur. Yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşləri gözəl ab-hava yaratmışdı. Çətin qrafikdə idik. Yorğunluqdan əlavə çoxlu zədəkili oyunçularımız var idi. Bu gün risk edərək, onlardan bir qismini oynatdıq. Buna görə yenə zədələnə bilərdilər. Oyunun mahiyyətini bilirdik. Bizə xal lazımdır. Aşağı pillədə qərarlaşan rəqiblər yaxınlaşır. Matç mübarizə şəraitndə keçdiyinə görə, eizodlar da az oldu. Məncə, 1 xal qazanmağımız yaxşı oldu. Çünki fərqi qoruya bildik. Fasilədə futbolçularımızın geri qayıtmasına çalışacağıq. Meydanda istədiyimiz oyunu görməyə başlayırıq. Qarşıdakı görüşlərə hazırlaşacağıq.

- Şəhriyar Əliyevi zədə ilə bağlı əvəzlədiniz?
- Şəhriyar 3 matçdır, ağrı ilə oynayır. Həmişə qoruyurduq. Bu gün onu daha uzun müddətli itirə bilərdik. Belə oyunda mərkəz müdafiəçisini çıxarmaq böyük riskdir. Tibbi müayinədən sonra durumu müəyyənləşəcək.

- “Qarabağ”la oyundan sonra “Kəpəz”lə görüşün ağır keçəcəyini söyləmişdiniz. Həmin çətinliyi gördünüz?
- Son matçlarda “Kəpəz” xallar qazanır. Həm “Neftçi”, həm “Səbail”lə öz meydanlarında keçirdikləri görüşdə yaxşı təsir bağışlayıblar Çempionatda asan oyun yoxdur. Xal, qələbə qazanmaq üçün çox əziyyət çəkmək lazımdır. “Kəpəz”in geri dönüş etmək istəyəcəyini bilirdik. Qalib gəlsəydilər, biraz da yaxınlaşacağdılar.

- “Şamaxı”, “Qarabağ” və “Kəpəz”lə görüşlərdə xal hədəfiniz nə idi və nəyə nail ola bildiz?
- Konkret qarşımıza xal hədəfi qoya bilmirik. Bu, bir az çətindir. Gələcəkdə daha büdcəli olsaq, geniş heyətlə daha yaxşısına nail olmaq olar. 4 xal yığa biləcəyimizi fikirləşirdik. “Şamaxı” ilə matçda da 1 xal olsaydı, daha yaxşı olardı.

- Fasilədən sonra kubok oyunları olacaq. Bu turnirdə nə gözləyirsiz?
- Fasilə oyunçuların zədədən qayıtması üçün önəmli olacaq. İki cəbhədə oynamaq çətindir. “Şamaxı” ilə oyunda tam “Turan Tovuz”u görmək istəyirəm.