"Sabah"ın futbolçusu Aleksey Kaşukun son durumu bəlli olub.

 22 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunda xəsarət alıb.

Dünən MRT müayinəsindən keçən ukraynalı futbolçunun son durumu barədə məlumatı Offsideplus.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov verib:

"Dünən axşam MRT müayinəsindən keçib. Hazırda cavab gözləyirik".

Qeyd edək ki, matçın 78-ci dəqiqəsində ayağından xəsarət alan Kaşuk birbaşa xəstəxanaya aparılmışdı.