16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Erzurum şəhərində təlim-məşq toplanışında olan komandamız Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə üzləşib. Matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.