Bu gün Misli Premyer Liqasında 4-cü tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Sumqayıt" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. Matç 0:0 hesabıyla başa çatıb.

Günün ikinci oyununda isə "Neftçi" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, turun qalan oyunları avqustun 27-i və 28-i keçiriləcək.

26 avqust (cümə)

18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0 
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
“Kapital Bank Arena”

20:30. “Neftçi” – “Zirə” 2:1 

Qol: Qodsvey Donyo, 14, Hamidu Keyta, 54-pen, Azər Əliyev, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
“Azersun Arena”

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Qəbələ şəhər stadionu