"Qarabağ" heyətinə yeni legioner hücumçu cəlb edə bilər.

Offsideplus.az "Moldfootball.com"a istinadən xəbər verir ki, "köhlən atlar" Moldovanın “Şerif” klubunun futbolçusu Momo Yansaneni transfer etməkdə maraqlıdır.

Sözügedən ölkənin mətbuatı iddia edir ki,  Ağdam təmsilçisi Qvineya millisinin üzvünü bir illik icarə əsasında heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, yay "transfer pəncərəsində" "Hatayspor" (Türkiyə) və  "Nijni Novqorod" (Rusiya) kimi klubların maraq dairəsində olan 25 yaşlı oyunçu sonda Tiraspol klubunda qalmağa qərar verib.

Momo Yansen karyerası ərzində  "Rabat", "İsloç", "Nijni Novqorod" kimi komandalarda çıxış edib.