Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Kəpəz" "Qəbələ"ni qəbul edib. Oyun "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 9-a yüksəldən "qırmızı qaralar" top fərqində "Sabah"ı qabaqlayaraq vahid lider olublar.

Günün digər oyununda "Sumqayıt" "Zirə"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ” - 0:3 

Qol: Məqsəd İsayev, 18, Ramon Maçado, 27, Rövlan Muradov, 57
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu.

20:30. “Zirə” – “Sumqayıt” 0:0 
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
“Dalğa Arena”.

20 avqust (şənbə)

“Sabah” – “Neftçi” - 2:1

19 avqust (cümə)

“Şamaxı” – “Səbail” - 1:1

Qeyd edək ki, avqustun 19-da keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb.