Bu gün Misli Premyer Liqasında 3-cü tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilir. "Şamaxı" öz meydanında "Səbail"lə qarşılaşıb.

Matç 1:1 hesabıyla bitib.

Xatırladaq ki, bu gün keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb.

Qeyd edək ki, turun digər oyunları 20-21 avqust tarixlərində baş tutacaq.

19 avqust (cümə)

16:30. “Şamaxı” – “Səbail” - 1:1 

Qol: Ruslan Hacıyev, 20, Amil Yunanov, 71
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Şamaxı şəhər stadionu.  

20 avqust (şənbə)

20:30. “Sabah” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Bank Respublika Arena”. 

21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu. 

20:30. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
“Dalğa Arena”.