Bu gün Misli Premyer Liqasında 2-ci tur başa çatıb.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Şamaxı" səfərdə "Qəbələ"nin qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında isə "Neftçi" vaxtilə əzəli rəqibi olan "Kəpəz"i qəbul edib. 7 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 5:2.

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı” 3:1 

Qollar: Rövlan Muradov, 8, Murad Musayev, 10, Felipe Santos, 20, Amil Yunanov, 56
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Qəbələ şəhər stadionu

20:30. “Neftçi” – “Kəpəz” 5:2

Qollar: Solomon Kvirkveliya, 11, Emin Mahmudov, 12, Kenni Sayef, 15, Eddi İsrafilov, 51, Abdullahi Şuaybu, 57 , Yeqor Boqomolski, 89 , Nicat Süleymanov, 90+3 (

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bakcell Arena”

13 avqust (şənbə)

“Səbail” – “Turan Tovuz” - 0:1

“Sumqayıt” – “Qarabağ” - 0:2

12 avqust (cümə)

“Zirə” – “Sabah” - 1:3