Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, “Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan milli 4:1 hesablı qələbə qazanıb.

İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurub.