Dünən Misli Premyer Liqasında yeni mövsümün ilk turu çərçivəsində baş tutan "Qarabağ" - "Səbail" matçından (3:1) sonra qonaq komandanın azarkeşlərinin etdiyi paylaşım diqqətləri çəkib.

 Belə ki, qonaq komandanın fanatları sosial şəbəkə hesablarında əllərində "Qarabağ"ın xüsusi dəvətnamələri olan fotonu paylaşıblar. 

Maraqlıdır ki, bu dəvətnamə biletlər "Səbail" azarkeşlərinə "Qarabağ" tərəfindən verilib, yoxsa necə?

Sualımızı "atlılar"ın mətbuat katibi Gündüz Abbaszadə cavablandırıb. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında tərəflər arasında bununla bağlı razılığın əldə edildiyini söyləyib. Belə ki, "Qarabağ"ın ev oyunlarında "Səbail" azarkeşlərinə, "dənizçilər"in doğma meydanındakı matçlarında isə ağdamlıların fanatlarına pulsuz biletlər paylanacaq:

"Bu, razılaşma əsasında olub. Klublar rasında əldə olunan anlaşmaya görə, "Qarabağ" öz ev oyunlarında "Səbail" azarkeşlərinə, "Səbail" isə "Qarabağ" fanatlarına pulsuz bilet verəcək".

Xatırladaq ki, "Qarabağ" rəhbərliyi sözügedən matç üçün ən ucuz biletin qiymətini 5 AZN məbləğində müəyyənləşdirmişdi.

Bizi Teleqramda izləyin!

d8365b62 522a 4c3e a89c 274d36644220