"Kəpəz" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" son olaraq "Sumqayıt"da oynayan Yusif Nəbiyevi transfer edib. 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" futbol akademiyasının yetirməsi olan oyunçu U-17, U-19 və U-21 millilərimizdə də çıxış edib. Nəbiyev 2018-ci ildən "kimyaçı" klubunda oynayırdı.