"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Rusiya "Zenit"inin yetirməsi Ayxan Hüseynovu transfer edib. 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 

O, Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinib.