Bu gün Premyer Liqamızda 2022/23 mövsümünün püşkatma mərasimi olacaq. 

 Offsideplus.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutacaq tədbirə saat 15:00-da start veriləcək.

Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq. Ötən ilki mövsümdən fərqli olaraq bu dəfə yerli çempionatımızda 8 yox, 10 klub iştirak edəcək. "Kəpəz" və "Turan Tovuz"a start götürəcək bu dəfə ki, ölkə çempionatında mübarizə aparmaq üçün lisenziya verilib.

 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək komandalar bunlardır:

  "Qarabağ", "Neftçi", "Qəbələ", "Zirə", "Sabah", "Sumqayıt", "Şamaxı", "Səbail", "Turan Tovuz", "Kəpəz".