Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkatma mərasiminin vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, tədbir iyulun 15-də AFFA-nın inzibati binasında keçiriləcək. Mərasim saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlanacaq. Ötən mövsümdən fərqli olaraq, bu dəfə turnirdə 10 komanda mübarizə aparacaq.