"Qəbələ"nin futbolçusu Yaovi Akakpo əməliyyat olunub.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun diz qığırdağından keçirdiyi əməliyyat uğurla tamamlanıb.

Qeyd edək ki, Akakpo 2020-ci ildən "Qəbələ"də çıxış edir.