"Neftçi" klubunun akademiyasına əcnəbi texniki direktor təyin olunacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında bildirib.

Allahverdiyev Müşahidə Şurasının qərarına əsasən, ayın sonunadək təyinatın gerçəkləşəcəyini söyləyib. Klub rəsmisi akademiyanın tikintisinin yeni mövsümün sonunadək başa çatacağını vurğulayıb.